CƏMİYYƏT
Xocalıda erməni cinayətlərinə dair ən son faktlar
03.04.2024 [17:08]
Xocalı şəhərində həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı erməni cinayətləri üzə çıxır. Bugünədək Xocalıda 20-dən çox insanın qalıqları aşkarlanıb. Onlardan 8 nəfərin kimliyi məlum olunaraq artıq ailəsinə təhvil verilib və qaydalara uyğun şəkildə dəfn olunub. Ermənilər şəhərin qəbirstanlığını da tamamən dağıdıblar.