DÜNYA


Xarkova hava hücumu nəticəsində azı 5 nəfər həlak olub

Aprelin 4-ə keçən gecə Rusiyanın “Şahed” pilotsuz təyyarələrinin Xarkova hücumu nəticəsində azı 5 nəfər həlak olub, on nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Həlak olanlardan 3-ü xilasedicidir.