Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: “Binə” Ticarət Mərkəzində baş vermiş yanğın qısa müddətdə söndürülüb

04.04.2024 [11:47]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Binə” Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.