Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə minik avtomobili elektrik dirəyinə çırpıldıqdan sonra alışdı

04.04.2024 [22:55]

Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb. Hadisə rayonun Atakişili kəndində baş verib. Kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb.