Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılda əl qumbaraları aşkarlanıb

05.04.2024 [13:23]

Xəbərin mətni

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində əl qumbaraları aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman, ümumilikdə, 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbaralarını taparaq aidiyyəti üzrə təhvil veriblər.