CƏMİYYƏT


Ağalıda keçirilən ilk əmək yarmarkasında 253 vakansiya təqdim olunub

Zəngilan rayonunun Ağalı kəndində ilk dəfə əmək yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 26 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 253 vakansiya təqdim olunub.