CƏMİYYƏT


“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbir başa çatıb

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida nəzarəti sisteminin qiymətləndirilməsinin nəticələri üzrə yüksək səviyyəli görüşlə yekunlaşıb. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr, strateji tədbirlər və gələcək fəaliyyətlər müzakirə olunub.