SİYASƏT


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.