CƏMİYYƏT


Xocalı soyqırımı zamanı itkin düşən Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov torpağa tapşırılıb

Aprelin 6-da Sabunçu rayonunun Zabrat qəbiristanlığında Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Bəsirə Vəli qızı Məhərrəmova və həyat yoldaşı Vaqif Cəmil oğlu Məhərrəmovun dəfn mərasimi keçirilib. Vaqifin Məhərrəmovun kimliyi aprelin 2-də müəyyənləşib, onun nəşinin qalıqları da digər 19 nəfərlə birlikdə bu il fevralın 23-də aşkar olunmuşdu.