Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metronun “Koroğlu” stansiyası yaxınlığında yük maşını aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

06.04.2024 [15:19]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Qeyd edilib ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb. Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.