DÜNYA


Uçan taksilər üçün ilk istehsal sertifikatı verilib

Çin Mülki Aviasiya Administrasiyası EH216-S sərnişin daşıyan pilotsuz uçuş aparatlarının – uçan taksilərinin kütləvi istehsalına və istismarına yol açan istehsal sertifikatı verib. Bu, dünyada uçan taksilər üçün verilmiş ilk istehsal sertifikatıdır. Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkətinin mütəxəsisslərinin hazırladıqları EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə bu müddətdə taksi 35 kilometr məsafə qət edə bilər. Qeyd edək ki, “Ehang” şirkəti EH216-S uçan taksiləri üçün keçən il standartlaşma sertifikat və uçuşa yararlılıq sertifikatı da əldə edib.