SİYASƏT


Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın xatirəsi Poltavada anılıb

1991-ci ilin aprelin 7-də Qubadlı rayonunda Azərbaycanın mülki vətəndaşlarını erməni silahlılarından qoruyarkən qəhrəmancasına həlak olan Sovet İttifaqı Qəhrəmanı, ukraynalı leytenant Oleq Babakın xatirəsi doğulduğu Poltava vilayətinin Viktoriya kəndində anılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən anım tədbirində iştirakçılar əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar. Sonra tədbir iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlıqda onun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.