CƏMİYYƏT


Nabranın turizm zonasından keçən yararsız yol təmir olunub

Gəndob-Yalama-Rusiya Federasiyası avtomobil yolunun 66-67-ci kilometrinin dağılmış hissəsi təmir olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Nabran-Şirvanlı kəndləri arasındakı turizm zonasından keçən yolun bir kilometr hissəsi uzun müddətdir yararsız vəziyyətə idi. Yolun təmiri Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı “4 saylı Yol İstismarı İdarəsi” MMC tərəfindən həyata keçirilib. Avtomobil yolu ağır texnikalar vasitəsilə genişləndirilib, daş-çınqıl döşənib.