SİYASƏT


Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.