DÜNYA


Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var

Çinin Honkonq xüsusi inzibati ərazisində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb. AZƏRTAC Honkonq şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8 radələrində binanın birinci mərtəbəsindəki fitnes zalında başlayıb. Yanğın təxminən 2 saat yarımdan sonra söndürülsə də, qatı tüstü mənzillərə dolub və tələfata səbəb olub. Ölənlərdən biri xilas olmaq üçün yuxarı mərtəbələrdən tullanan şəxsdir. Bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.