Hərbi qulluqçumuzun Ermənistan tərəfdən açılmış atəş nəticəsində yaralanması ilə əlaqədar cinayət işi başlanılıb
10.04.2024 [22:45]
Xəbərin mətni
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.