Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford Transit” markalı mikroavtobus ilə “İsuzu” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Ford Transit” markalı mikroavtobusun sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin - 2009-cu il təvəllüdlü Rasim Ramin oğlu Orucovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.