Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqlim dəyişikliyi ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb

12.04.2024 [17:38]

Xəbərin mətni

Son illər iqlim şəraitinin dəyişməsi Mil-Muğan bölgəsində, o cümlədən İmişlidə meyvə bağlarına təsirsiz ötüşməyib. Hava şəraiti ağacların məhsuldarlığını aşağı salmaqla həm də bar vermə müddətini qısaldıb. İndi bağbanlar iqlim şəraitinə daha dözümlü olan sortlar becərməklə bağlarda məhsuldar ağacları aqrotexniki qaydalara uyğun olmaqla yetişdirirlər.