Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya yanıb

13.04.2024 [10:47]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.