Bakıda bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
13.04.2024 [15:17]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” - qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunun Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.