CƏMİYYƏT


Kürdəmirdə yol qəzası ölümlə nəticələnib

Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, dəhşətli yol qəzası Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub .Qəza nəticəsində sürülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb.