Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın ABŞ bürosu xəbər verir: Prezident Bayden Yaxın Şərqdə baş verənləri müzakirə edib

14.04.2024 [08:41]

ABŞ Prezidenti Cozef Bayden İsraillə İran arasında artan gərginlik fonunda Orta Şərqdə baş verən hadisələri milli təhlükəsizlik komandası ilə müzakirə etmək üçün həftə sonu Vaşinqtona qayıdıb.
AZƏRTAC-ın ABŞ bürosu xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Bildirilir ki, Cozef Bayden həftə sonunu Delaverdəki iqamətgahında keçirməyi planlaşdırsa da, Prezident qısa müddətlik Ağ evə dönüb.