Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir
14.04.2024 [15:26]
Bu barədə FHN-dən məlumat verilib.
Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.