COP29-un müəyyən olunmuş prezidenti: Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır
15.04.2024 [12:18]
Xəbərin mətni
“Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır”.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub.