CƏMİYYƏT


“Telegram” platformasında dələduzluq halları yayılıb

Son vaxtlar telegram ani mesajlaşma proqramı vasitəsilə dələduzluq halları yayılmağa başlayıb. Belə ki, kiber dələduzlar telegram platformasındakı tanınmış şəxslərin profillərini ələ keçirərək, vətəndaşları aldatmaq üçün istifadə edirlər. Bu dəfə isə dələduzluq üsulu kriptovalyutadır. İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə bu cür dələduzluq üsulları əksər hallarda Azərbaycanın teleqram seqmentinə fokuslanır.