CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti obyektdə yanğın təhlükəsini aradan qaldırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanında yerləşən təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilib. Bu isə kiçik ehtiyatsızlıq və ya səhlənkarlıqdan yüksək yanma xassəsinə malik avtomobil şinlərində baş verə biləcək yanğının qısa müddətdə genişlənərək böyük fəsadlara səbəb olması riskini yaradır.