CƏMİYYƏT


Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 034,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60 596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2 104 ədəd psixotrop maddə), müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 58 860 ədəd çətənə bitkisi, həmçinin 3 877 ədəd həb, 19 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.