Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb

16.04.2024 [14:53]

Xəbərin mətni

Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 23 yaşlı Ağarza Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstənin vəziyyətinin stabil olduğu bildirilir. Hazırda yaralının hansı şəraitdə bıçaqlanması məlum deyil.

BÖLMƏNİN DİGƏR VİDEOLARI