DÜNYA


Çerniqov raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində azı 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşmüş hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib. Hazırda təcili yardım xidmətləri şəhərə raket hücumlarının nəticələrini aradan qaldırır.
Nazirin sözlərinə görə, dağıntılar altında hələ də insanlar var.