Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölkəmizdə qeyri neft sektoru üzrə məhsul istehsalı artıb

17.04.2024 [17:52]

Azərbaycanda bu ilin ilk rübündə ötən illə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib. Paylaşıma əsasən ölkəmizdə qeyri-neft-qaz emal sənayesində əlavə dəyərin artım templəri 12,9% təşkil edib. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə bu nəticələr onu göstərir ki, artıq Azərbaycanda qeyri neft sektoru iqtisadi artımın lokomativinə çevrilir.