Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

18.04.2024 [14:45]

Xəbərin mətni

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.