CƏMİYYƏT


Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Azərbaycanın Qərb bölgəsi tarixi-mədəni irsimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan qədim abidələr, memarlıq nümunələri ilə zəngindir. Xüsusilə Gəncə şəhəri müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış tarixi abidələrlə zəngin, ən qədim şəhərlərdən biri kimi daim yerli və xarici turistlərin diqqət mərkəzindədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qərb regionunun bəzi bölgələrində, həmçinin Nizami yurdunda da silsilə tədbirlər təşkil edilib.