SİYASƏT
Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
18.04.2024 [19:51]
Xəbərin mətni
Bizə göstərdiyi dəstəyə, müstəmləkəçiliyə qarşı və müstəqillik uğrunda mübarizəmizdə yanımızda olduğuna görə Azərbaycan dövlətinə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda keçirilən elmi konfransda bildirib.