Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq
18.04.2024 [20:06]
Xəbərin mətni
Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlamışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Omayra Naiselin aprelin 18-də Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.