SİYASƏT


Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Bizim dəstəyə ehtiyacımız vardır. Azərbaycan Yeni Kaledoniya xalqına yardım əlini uzadıb və buna görə Azərbaycana xalqımız, dövlətimiz və senatımız adından təşəkkür edirik. Kanak xalqı axıradək öz müstəqillik mübarizəsini davam etdirəcək. AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya senatının üzvü Moris Vimian “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda səsləndirib.