CƏMİYYƏT
Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır
19.04.2024 [10:36]
Xəbərin mətni
6 gün əvvəl Kürdə batan Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanovun meyiti səhər saatlarında batdığı yerdən bir neçə kilometr aralıda aşkar edilsə də, 6 yaşlı qızının axtarışları davam edir.
AZƏRTAC xəbər verir ki,Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı aprelin 12-də Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.