DÜNYA


Cullian Assanja qarşı 14 illik təqib nə ilə nəticələnəcək - REPORTAJ

Avstraliyalı internet fəalı Cullian Assanjın adı uzun illərdir beynəlxalq aləmə yaxşı tanışdır. Dünya mediası onu 2010-cu ildə Amerika Birləşmiş Ştatları rəhbərliyinin fəaliyyəti barədə minlərlə məxfi sənədi təsisçisi olduğu Vikiliks saytı vasitəsilə yaymağa başlamasından sonra tanıdı. Elə bundan sonra təqiblərə məruz qalan Assanj Ekvador səfirliyində siyasi sığınacaq alaraq düz 7 il yaşadı.