Fövqəladə Hallar Nazirliyi təlim keçirdi
19.04.2024 [12:04]
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin iştirakı ilə Abşeron rayonunun Hökməli qəsəbəsində (Bakı-Şamaxı şossesinin 15-ci km-də) fəaliyyət göstərən “Milla Dairy” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Milla Dairy” MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.