Autizmli övladı olan ana: Həkim dedi ki, onu sevgi və cəmiyyət xilas edəcək
19.04.2024 [15:52]
Autizmin xəstəlik yox, fərqlilik olduğunu 17 yaşlı Ayxan Quluzadə öz yaşıdlarına sübut edir. O, ən böyük arzusu uğrunda - musiqi müəllimi olmaq istəyi üçün ilk addmlarını əminliklə atır. Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin Fortepiano üzrə birinci sinifdə təhsil alır.