Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub
19.04.2024 [16:09]
Xəbərin mətni
2023-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri üzrə audit obyektləri tərəfindən təqdim olunmuş məlumatların təhlili göstərir ki, obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.