CƏMİYYƏT
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
19.04.2024 [20:23]
Xəbərin mətni
Günorta saatlarında qərb bölgəsində əsən güclü külək Ağstafa rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, rayonun Yenigün kəndində bir neçə ağac evlərin həyətinə aşıb. Rabitə və elektrik xətlərinə ziyan dəyib. Elektrik enerjisinin verilişində fasilələr yarınıb.