CƏMİYYƏT
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak edirlər. Birinci Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qatılıblar.