Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hacıqabulda minik avtomobili aşıb, 8 nəfər xəsarət alıb

21.04.2024 [16:14]

Xəbərin mətni

Hacıqabul rayonu ərazisində yol qəzası baş verib, nəticədə 8 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. “Volkswagen” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində Nazilə Cəbrayılova, Amin Cəbrayılov, Bünyamin Cəbrayılov, Yazgül Cəbrayılova, Gülşən Teyyublu, Şəfaqət Teyyubov, həmçinin Teyyubov Niyazi Rais oğlu və Teyyubov Niyazi Məmmədşah oğlu xəsarət alıblar. Yaralılar Şirvan Şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.