Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində şiddətli yağışlar səbəbindən 11 nəfər itkin düşüb

22.04.2024 [10:41]

Xəbərin mətni

Çinin cənubundakı Quandon vilayətində bir neçə gündür davam edən aramsız yağışlar səbəbindən 11 nəfər itkin düşüb.
AZƏRTAC vilayətin fövqəladə hallar departamentinə istinadla xəbər verir ki, şiddətli yağışların yaratdığı fəsadlara görə 54 minədək sakin təxliyə edilib, 13 min nəfər müvəqqəti məntəqələrə yerləşdirilib.