SİYASƏT


Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.
Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkarlanan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.