DÜNYA
Mərkəzi Afrika Respublikasında gəmi qəzası nəticəsində ölənlərin sayı 62-yə çatıb
22.04.2024 [11:28]
Xəbərin mətni
Mərkəzi Afrika Respublikasında cümə günü baş vermiş gəmi qəzası nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, Mülki Müdafiə qüvvələrinin baş direktoru Tomas Dimas sudan ilkin olaraq 58 cəsədin çıxarıldığını, bazar günü isə üç qadın və bir uşaq da daxil olmaqla daha dörd cəsədin tapıldığını bildirib. O, suda batanların dəqiq sayının məlum olmadığını, xeyli sayda insanın hələ də itkin düşdüyünü söyləyib.