CƏMİYYƏT


Taksi qiymətlərində artım var: Səbəb nədir?

Bir neçə gündür ki, Bolt və Uber şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri istehsal ili 1999 və 2000-ci olan avtomobilləri taksi fəaliyyətindən kənarlaşdırır. Nəticədə avtomobillərin sayında azalma olduğu üçün sifariş qiymətlərində də artım müşahidə olunur. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, ayrı-ayrı taksi şirkətlərinin bu addımı atacağı gözlənilən idi.