CƏMİYYƏT


Xəzər dənizinin Azərbaycana mənsub sularına icazəsiz daxil olan iki İran vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələrini müşahidə edib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkarlanmış hədəfi dayandırmaq məqsədilə xəbərdarlıq atəşi açılıb. Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.