CƏMİYYƏT
Oğuzun Xaçmaz və Filfilli kəndlərinə dolu düşüb
22.04.2024 [20:10]
Bu gün saat 15.30 radələrindən başlayaraq Oğuz rayonunun bir sıra yaşayış məntəqələrində yağışla müşahidə olunan dolu yağıb.
Yarım saat ərzində davam edən təbiət hadisəsi nəticəsində rayonun Xaçmaz və Filfilli kəndlərində əsasən fərdi təsərrüfatlardakı bostan-tərəvəz əkinlərinə eləcə də yeni çiçəkləyən meyvə ağaclarına ciddi zərər vurub.