Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

23.04.2024 [11:11]

Xəbərin mətni

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.